adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Iyun 2017 21:54
3599
HADİSƏ
A- A+

Sumqayıtda yataqxana yanıb

Sumqayıtda yataqxanada yanğın baş verib.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 m2 olan mətbəxin yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 m2 sahədə əriyib. Yanğın zamanı 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Dəhlizin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.