adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Iyun 2017 21:46
11012
DÜNYA
A- A+

Almaniyanın “birlik kansleri” öldü

Almaniyanın sabiq kansleri Helmut Kol 87 yaşında Lyudviqshafen-am-Rayn şəhərindəki evində dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi "Bild” nəşrinə istinadla məlumat yayıb.

Helmut Kol 1982-1998-ci illərdə Almaniya hökumətinə başçılıq edib. O bu vəzifəni 4 il ardıcıl tutan yeganə siyasətçidir.

Helmut Kol AFR-in başçısı kimi Avropanın və Almaniyanın birləşməsi və "soyuq müharibənin” bitməsi prosesində böyük rol oynayıb. Məhz bu səbəbdən onu xalq arasında "birlik kansleri” də adlandırırlar.