adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Iyun 2017 18:00
7877
DÜNYA
A- A+

Rusiyada azərbaycanlıların olduğu avtobus aşıb: 7 uşaq yaralanıb

Rusiyada Azərbaycana gələn və içərisində azərbaycanlıların olduğu avtobus aşıb.

Hadisə Kalmıkiyanın Çernozemelski rayonunda baş verib.

Belə ki, Nijnı Novqoroddan Bakıya gələn avtobusun aşması nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb. Onlar Komsomolsk rayon xəstəxanasına aparılıblar. Qəzanın baş vermə səbəbi araşdırılır.(azvision)