ANA SƏHİFƏ / GÜNDƏM

“Azərişıq”dan işıqsız qalan veteranlarla bağlı Açıqlama

6467    |   2017-06-16 16:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərişıq” ASC Azərbaycan Respublikası Veteranlar Təşkilatının inzibati binasında elektirik təchizatının dayandırılması ilə bağlı məlumata aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev  bildirib ki, Veteranlar Təşkilatı problemin həlli üçün onlara müraciət etməlidir.

"Təşkilat borcu olduğunu qəbul edir və borclar ödənilməlidir. Sadəcə təəssüf edirik ki, onlar bizə müracət etmədən mətbuata açıqlama veriblər. Bizə niyə müraciət etmirlər? Borcları var, gəlsinlər problemləri araşdırılsın. Biz onlara kömək etməyə hazırıq, müqavilə istəyirlərsə, bağlayaq. Bütün abonentlərimizə eyni gözlə baxırıq və abonentlərimiz bizdən çox razıdır. Problemlər onsuz da "Azərişıq”da həll olunmalıdır”.

Qeyd edək ki, Veteranlar Təşkilatının binası 3 gündür işıqsızdır. Elektirik təchizatının dayandırılmasına səbəb kimi təşkilatın 9 min manat borcunun olması göstərilib. Təşkilat borcunu hissə-hissə ödəməyə razıdır.(azvision)



İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK