adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Iyun 2017 16:41
7452
DÜNYA
A- A+

Nazarbayev “qlobal valyuta”nın yaradılmasını təklif etdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada keçirilən iqtisadi forumda dünyada valyuta müharibələrinə son vermək üçün qlobal valyutanın yaradılması təklifini irəli sürüb.

Bu barədə  Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir.

"Beynəlxalq hesablaşma-ödəniş vahidinin yaradılması məsələsinin ciddi şəkildə nəzərdən keçirilməsinin vaxtı çatıb. Bu, dünyanın ticarət münasibətlərində disbalansın aradan qaldırılması, valyuta bazarında volatilliyin azaldılmasına kömək edəcək", - deyə Nazarbayev qeyd edib.

O, vurğulayıb ki, valyuta onun istehlakçılarına tabe olan sadə, şəffaf mexanizmə malik olmalıdır:

"Rəqəmsallaşmanın və blokçeyn (blockchain) kimi texnologiyaların inkişafı nəzərə alınsa, vahid valyuta kriptovalyuta şəklində yaradıla bilər. Vacib olan odur ki, yeni valyuta inam əsasında deyil, konkret aktivlərlə təmin olunmaqla yaradılsın", - deyə dövlət başçısı vurğulayıb.(azvision)