İçinizdəhər gün buna çalışın
Hərgün hər şey dəyişir. Bu təbii bir dəyişmədi. Necə deyərlər, həyatın inkişaf, təkamülqanunauyğunluğunun bir göstəricisidir. Əgər inkişaf da olmasa durğunluq özü-özlüyündəbir çökmə yaradar, bir bataqlıq, boşluq əmələ gətirər. Elə bu yerdəcə yadıma sovetdönəminin məşhur termini düşür. Onda da mətbuat, qələm adamları daha çox işlədirdilərbu sözü. Vurğulayırdılar ki, "durğunluq illərində inkişaf tempi aşağı düşüb, insanlarınhəyat səviyyəsi günün tələblərinə cavab vermir” və s. və ilaxır. Bütün bunlarınbabalı qalsın sovet hökumətinin boynunda. Amma mənim bildiyim bir gerçəklik var.O da durğun, lal suların törətdiyi faciədi. Çünki durğun suların alt qatında nələrbaş verdiyini müşahidə eləmək mümkün deyil. Hətta atalar sözümüz da var. Müdriklərimizdeyib ki "Suyun lal axanı, insanın yerə baxanı"...
Yəqinki, bu müdrik kəlamdan sonra əlavə şərhə ehtiyac qalmayacaq. Qalsa da, bilənlər bilməyənləri başa salacaqdı. Və həyat özü də birməktəb olduğundan bilməyənlərin bu məktəbin dərslərindən keçməsi bir zərurət olacaqdır.Sonda da həyat dərsi onu öyrənmək istəməyəni belə ovxarlayacaq, ütüləyəcək, rəndələyəcəkvə gərək olan hala salacaqdı...…
Mən isə sözümün əvvəlinəqayıdıram. O yerə qayıdıram ki...
Bəli, son günlərqarşılaşdığım hadisələr, apardığım müşahidələr göstərir ki, təkcə təbiətdə deyil,həm də cəmiyyətdə baş verənlər, əksər hallarda, duyğusal insanların hisslərinə toxunur,onlarda streslər yaradır. Deyə bilərsiniz ki, bu gün stress adi hala çevrilib. Mənsizinlə razıyam. Amma bunun səbəbi heç vaxttam sona qədər, dəqiqliyilə açıqlanmır. Çünki açıqlansa, onda ikinci stress dalğasıyaranacaq. İkinci dalğa da həmişə birincini ya təkrarlayıb, ya da ötüb keçə bilməyib.Odur ki, streslərdən qorunmaq zəruri olduğu qədər də, ondan uzaq dayanmağı bacarmaqda, ona etinasız olmaq da bir o qədər mümkünsüzdü. Bütün mümkün olmayanlar həmişəinsanı düşündürür və həmişə də insan mümkün olmayanları gerçəkləşdirmək üçün zamanını,maddi və mənəvi imkanlarını səfərbər edir və təəssüf ki, milyonlardan ən yaxşı haldabiri və yaxud ikisi istəyinə çata bilib. Qalanlar isə...
İndi düşünürəm ki,ən son hadisələr, elə iki gün öncə, Quzanlıda və yaxud Zəngişalıda qarşılaşdığım, müşahidə apardığım durum, əhval-ruhiyyə,insanların baxışlarındakı, dillərindəki ifadələr nəhayət, burda nəfəs dərmədən özünühara gəldi çırpan dəli külək... Nə demək istəyir və yaxud necə demək istəyir?..Nəyin xəbərdarlığıdır? Bu suallar mənə görə çoxcavablıdı. O qədər çoxcavablıdı ki,onun təkcə birin deyəcəm. Qalanlarının düşünmə haqqını yenə sizə verəcəm. Cavabisə belədir:
- Cəmiyyətdən, siyasihadisələrdən qaynaqlanan streslər adamın ruhunu baltalayır, sevincini budayır, təbəssümünüöldürür!..
Bilirsinizniyə bu cavabı verdim? Ona görə ki, həmsöhbət olduğum adamların hamısı, daha çoxmüəyyən zümrənin üst qata yüksəlib, digərlərinin haqqını tapdamaq, görməmək, onabiganə qalmaq kimi çalarlarını həzm edə bilmirdi, bundan narazıdı, gileylidi. Bunuistər-istəməz təbiət hadisəsinə də yükləmək, artıq onların içindən keçənin paylanmasıistəyidi. Guya ki, bu, həmin o dediyim məqamları yumuşaldacaq, əridəcək, aradangötürəcək. Lakin hamı bilsə də, əmin olsa da, hamı bilib əmin olduğuna güvənli deyil.Ona görə də küləyi də, yağışı da, dolunu da, leysanı da qınamaq, qınaq ünvanınaçevirmək halları adiləşir, bəzən də gerçəyi üstələyir. Və...
Hə,mənim inanclarıma görə, ürəyin pıçıltısı, ruhun qanadlanması insanı daha çox duyğusallaşdırır,daha çox həssas edir, daha çox onu haralarasa çəkib aparır. Bax, həmin o "haralar"deyilən məkanlar isə təbii ki, ağılın, ürəyin, gözün, əlin, hətta dilin, ayağıncan atdığı guşədi, yerdi. Orabütün bu deyilənlərin işığında qayğısızlıq, amma xoşbəxtlik yuvasıdı. O yuvada Sənvarsan. Bu da o deməkdi ki, Sən olan yerdə həmin o streslər də, qayğılar da, maddiyyatda, yolun yorğunluğu da, hansısa bir ağacın, kolun quruması da dərin faciə yaratmır.Və onda mən deyirəm ki:
Külək əsir, söyüdün
Salxımları qarışır...
Elə bil ki, küsülülər-
Bir-birilə barışır!..
İçimdə bir odlaqvar
Əsir yarpaq dodaqlar...
Həsrətlitək budaqlar -
Bir-birinəsarmaşır...
Bədgözdən, əldən iraq
Oxunurvaraq-varaq...
Söyüdəkülək, daraq -
Bugün yaman yaraşır!..
Bununardınca demək istəyirəm ki:
Dərdigecə-gündüz qovub yormuşam
Sovrubyormuşam, sovub yormuşam...
Vallah,ürəyimi ovub yormuşam -
Ürəknəfəs almır, ürək döyünmür...
Xəyalxəstəsidi, arzu düşkünü
Bələyibözünə dəli eşqini...
Ayın,həftələrin bütün iş günü -
Ürəknəfəs almır, ürək döyünmür...
Əbülfətdiz çökür - sözünə baxmır
Hərgün öləzəyən közünə baxmır...
Özündənbezibdi - özünə baxmır -
Ürəknəfəs almır, ürək döyünmür...
***
Adətən Bakıdan bircə addım da olsa uzaqlaşanda mənə eləgəlir ki, geri qayıdanda hər şeyi dəyişmiş görəcəm. Bu "dəyişmiş" sözünümən təkcə məcazi mənada düşünmürəm, yazmıram. Həqiqətən mənə elə gəlir ki və sonvaxtlar da buna inanıram, mütləq dəyişiklik baş verəcək. Amma təəssüf ki, mənimdüşündüyüm, mənim xəyal qurduğum, mənim arzuladığım dəyişiklik ya baş vermir, yada o qədər primitiv formada cücərtilərini göstərir ki, ona baxmaq, onu görmək, onudəyərləndirmək adama xoş gəlmir. Amma neyləyim ki, bunlar olur və mən də bu şəhərdəsığınacaq tapmış bir Allah bəndəsi kimi olanları görməyə məcburam. Elə bil ki, bu zorən bir məhkumluqdu. Deyə bilərsinizki, məmləkətimizin hüdudları böyükdü. Bakıdan da başqa şəhərlərimiz, bölgələrimiz,kəndlərimiz var. Lap elə bir çadır götürüb dağlara, təbiətə çəkilmək də olar. Ammabu sadəcə olaraq fiziki uzaqlaşmadı. Ruhun, düşüncənin, hisslərin qopub ayrılması,qopub getməsi idman termini ilə desək, transferi mümkünsüzdü. Bax buna görə də mənarzuladığım dəyişməni öz içimə köçürməyə çalışıram. İstəyirəm ki, bu paytaxtla,bu baş kəndlə bağlı ağlımdan gəlib keçənlərruhumun, düşüncəmin, xəyalımın, yuxumun qəhrəmanı, əks-sədası kimi məndən bir iynəucu boyda da uzaq düşməsin. Axı mən BAKI KÖÇKÜNÜYƏM! Bu şəhərdə itirdiyim mənim25 illik ömürümü, obrazlı desək, əsrin dörddəbirini günün günorta çağı elə Bakınınöz dəli küləklərinə vermək heç də asan iş deyil. Buna dözməyin özü də yəqin ki, bir qəhrəmanlıqdı - təltifsiz, rəsmiolmayan qəhrəmanlıq. Ona görə də bu şəhərdə baş verənlər mənim vərəqlənən kitabsəhifələri kimi gözümün önündə öz işini görür. Yəni öz oxucusunu o kitaba, o səhifələrətərəf əyilməyə çəkib aparır. Neyləyim ki, mən bu şəhərin yaxşı oxucusu ola bilmədim.Ümumiyyətlə, həyatın sözün tam səmimi mənasında can atdığı yaxşı olmağın arzusuyla,lap uşaq kimi umacağıyla yaşadı və yaşayır. Və bir də neyləyim ki, mən bu şəhəridə, bu şəhərdə yaşayan sevgini də, o sevginin ünvanı olan Səni də hamıdan, hər kəsdənfərqli sevdim. Və yazdım ki:
Doğuldum kimsədənfərqli
Həm sevinc, həm kədərsevdim...
Allahımmənə nə verdi -
Talehdedim, qədər sevdim!..
Ürəyiməriyən şamdı
Oşama hey ağrı damdı...
Bildim,sevgi ağrıdandı -
Mənhamıdan betər sevdim!..
Ruhumda,canımda hər an
Həmüsyan var, həm də taran!
Əzəldənand yerim Quran -
Mənsəni o qədər sevdim!..
***
Hə,ömür boyu can atdığım bir arzu, bir diləyim var. Və mən düşünürəm ki, həmin arzuya, diləyə doğru can atmaqkiminsə bostanına daş atmaq deyil, kiminsə haqqını əlindən almaq deyil. Və ümumiyyətlə,kiminsə yoluna çıxmaq deyil. Bu sadəcə mənim duyğularımın, istəklərimin, düşüncələrimin,xüsusilə oxuyub, öyrənib qəlbimə hopdurduğum və kökləndiyim mənəvi sərvətlərin diktəsidi,onların məndə yaratdığı əks-sədadı. Mən bu əks-sədanın qanadlarınd həmişə işıq görməyəcan atıram, od-ocaq görməyə, çeşmə-bulaq başında dayanıb ovcumu bumbuz, dupduru suların kasasına, bardağına, stəkanınaçevirməyə. Yəni bütün bunlara tərəf qaçıram, gedirəm. Amma bütün bunlar da məndənqaçır, uzaqlaşır. Adətən görüşünə getdiyin, tələsdiyin yer, insan, hətta ağac, daşbelə müəyyən zamandan sonra sənə yaxınlaşır (əslində o dayandığı, durduğu yerdədi,sən ona yaxınlaşırsan - Ə.M.). Amma sən o qədər onu içdən istəyirsən ki, elə bilirsəno da sənə tərəf gəlir. Lakin bu yaxınlaşma bir ilğımdı, bir sabun köpüyüdü, birdumandı, çəndi, bir anlıqdı. Sonra çəkilib gedir, yox olur. Və ortadakı o zaman,o məsafə öz bildiyini edir, öz işini görür... Mən bunları ona görə yazıram ki, canatdığım həmin o dediyim çalarlar, məqamlar, gerçəkliklər yaman qaçır məndən. Məndə təngnəfəs ola-ola gedirəm həmin onlara tərəf. Nə qədər gedəcəm, hara qədər gedəcəm,çatıb-çatmayacamı deyə bilmərəm. Bircə ona arxayınam ki, bu gediş ürəyin istəyidi,bu qaçış ürəyin tələbidi, düşüncənin hökmüdü. Yeri gəlmişkən, bu məqamın özü dəmənim üçün bir şeirdi:
Mən sənə qaçıram,sən isə məni
Hər gün yönəldirsənüzü təkliyə...
Bilmirəm sən nədənsəni sevəni -
Səssiz öyrədirsəndərd-qəm çəkməyə?!
Həranım sovrulur xırman yeri tək
Hərsözüm havadan asılıb qalır...
Hərgün paralanır - çat verir ürək -
Hərgün də ağrıya qısılıb qalır...
Allahcəzasıdı, ya bəndə haqqı
Başaça bilmirəm Allahdan da mən...
Duaet, nə olar, sən bu sübh vaxtı -
Tezölüb qurtarım günahdan da mən!..
Bəli,mən yazımın əvvəlində inkişaf, dəyişiklik sözünü işlətmişdim. Yəqin ki, sonuncuşeirin sonuncu bəndindəki istəyimin də elə həmin o dəyişikliklərdən qaynaqlandığınıtuta biləcəksiniz. Çalışın yaxşılığa,sevgiyə doğru siz də dəyişin. İnanın ki, ziyan görməyəcəksiniz.