adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Iyun 2017 15:14
20304
MƏDƏNİYYƏT
A- A+

Layihə davam etdirilir

"Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi Quba rayonunda xalçaçılıq sənətinin təbliği ilə bağlı təlimlərin keçirilməsini davam etdirir.

Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan "Xalçaçılıq sənətinin təbliği məqsədilə müxtəlif tədbir və aksiyaların təşkili” layihəsi çərçivəsində keçirilir.

Layihə çərçivəsində keçirilən bu dəfəki təlim xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımlar üçün qədim və unudulmaqda olan xalça naxışları, naxışların toxunacaq xalçaya uyğun seçilməsi mövzusunda olub.