adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Iyun 2017 15:11
8377
HADİSƏ
A- A+

Şəhid hərbçimiz dəfn edildi - Video

Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçu əsgər Şahvələdov Sultan Niyaz oğlu dəfn edilib.

1994-cü il təvəllüdlü, şəhid Sultan Şahvələdov bu gün doğulduğu Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Yaylım atəşi açıldıqdan sonra şəhid torpağa tapşırılıb. Daha sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.