ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Heminqueydən gənc yazarlara 14 QIZIL TÖVSİYƏ

20145    |   2017-06-16 12:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az yaxın tarixin iz buraxan yazıçılarından biri olan Ernest Heminqueyin yeni yazmağa başlayan yazıçılar üçün 14 məsləhətini oxucular üçün təqdim edir.






Çox komik bir kitab yazmaq üçün əvvəlcə böyük əziyyət çəkmək lazımdır.


Bütün yaxşı kitabların ortaq bir xüsusiyyəti vardır: gerçəkdə olanlardan daha həqiqidirlər.



İstifadə etdiyin dil yaşadığın zamana aid olmalıdır, yoxsa yararsızdır.


Yazarlar yalnız çalışmalıdır. Bir-birlərini sadəcə işlərini bitirdiklərində, o zaman belə çox sıx olmamaq şərtilə görməlidirlər.



Müəllif bir roman yazarkən xarakter deyil, yaşayan şəxslər yaratmalıdır.



Bütün həyatım boyunca sözlərə onları ilk dəfə görürmüş kimi maraqla baxdım.



Sifətlərin sərt formalarını istifadə etməyin; xüsusilə də "möhtəşəm, fövqəladə" kimilərindən uzaq durun.



Bir hekayə kitabı başlığı tapmağa çalışıram. Kifayət qədər vaxt ayırsan mütləq yaxşı bir başlıq taparsan. Çətin olan qisim, yaxşı görünən bir çox variant arasında doğru olanı tapa bilməkdir. Bu da vaxt alır.



Şəxsi tragediyanı unut. Adam ağıllı yaza bilməyin üçün ciddi-ciddi incinməlisən gərək.



Bəzən yazmaq mənə çətin gəldiyində, ehtiyac duyduğum cəsarəti əldə etmək üçün öz yazdığım kitabları oxumağa başlayıram. O zaman bu kitabları yazarkən də eyni çətinliyi hiss etdiyimi və imkansızı bacardığımı xatırlayıram.



Bir yazıçı əgər, həqiqətən də, bacarıqlı birisidirsə, "oğurlamaz". Başqalarının yazdığından yola çıxmaz. Onları az-maz dəyişdirib yeni əsər adıyla ortalığa qoymaz. Özü kəşf edər və ya daha çox çalışıb icadını edər. Şəxsi və ya fərqli birinin məlumatlarından yola çıxaraq bunları bacara bilərsiniz.



Qısa cümlələr yaz. Pozitiv ol, neqativ olmaqdan qaç.




Bildiklərinə əsaslanaraq yazmalı, yaratmalı və insanların keçmişlərinə sadiq qalmalısınız.



Həyat haqqında yaza bilmək üçün əvvəlcə onu yaşamalısan.




İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2017-10-20
2017-10-19


VİDEO