ANA SƏHİFƏ / GÜNDƏM

İlham Əliyev Fidan Qasımovanı qəbul edib - FOTOLAR - YENİLƏNİB

4586    |   2017-06-16 15:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli opera müğənniləri, Xalq artistləri Fidan və Xuraman Qasımovaları qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə Fidan Qasımovanı "İstiqlal” ordeni ilə təltif edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev F.Qasımovanı qarşıdan gələn yubileyi münasibətilə ürəkdən təbrik edib, ona cansağlığı, yeni uğurlar arzulayıb: "Siz uzun illər öz sənətinizlə Azərbaycan xalqını sevindirmisiniz. Azərbaycan xalqı sizin fəaliyyətinizə yüksək qiymət verir, sizi sevir. Siz xalqımızı müxtəlif ölkələrin səhnələrində ləyaqətlə təmsil etmisiniz və bu gün də təmsil edirsiniz.

Sizin fəaliyyətiniz həm sovet dövründə, həm də müstəqillik dövründə yüksək qiymətləndirilmişdir. Siz hələ sovet dövründə Azərbaycan Respublikasının Xalq Artisti, SSRİ Xalq Artisti adlarına layiq görülmüsünüz. Bu, sizin istedadınıza verilən yüksək qiymət idi.

Siz yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev sizə və Xuraman xanıma həmişə böyük diqqət və qayğı ilə yanaşırdı, sizi çox sevirdi, sizin fəaliyyətinizlə maraqlanırdı. Mən də öz növbəmdə çalışıram ki, sizə lazımi qayğı və diqqəti göstərim.

Azərbaycan dövləti, müstəqil Azərbaycan sizin fəaliyyətinizi çox yüksək qiymətləndirib. 1997-ci ildə Ulu Öndərin Sərəncamı ilə siz "Şöhrət” ordeni ilə təltif olunmusunuz. 2010-cu ildə isə mənim Sərəncamımla "Şərəf” ordeni ilə təltif edilmisiniz. Siz bir çox beynəlxalq mükafatlara da layiq görülmüsünüz. Bu gün mənim Sərəncamımla Siz Azərbaycan dövlətinin ən yüksək ordenlərindən biri olan "İstiqlal” ordeni ilə təltif olunursunuz. Bu, yüksək mükafatdır, siz buna layiqsiniz. Sizə yeni uğurlar arzulayıram".

Dövlət başçısı "İstiqlal” ordenini Fidan Qasımovaya təqdim edib.

Xalq Artisti Fidan Qasımova Prezident İlham Əliyevə minnətdarlığını bildirib: "Çox sağ olun, cənab Prezident, Sizə minnətdaram.

Cənab Prezident, heç vaxt yadımdan çıxmır, birinci ordenlə məni Sizin atanız, Ulu Öndərimiz, unudulmaz Heydər Əliyev təltif etmişdi. Bu gün isə mənim sənətimi Siz yüksək qiymətləndirirsiniz. Məni belə yüksək mükafata layiq gördüyünüz üçün Sizə böyük minnətdarlığımı bildirmək istəyirəm. Sizin bütün ailənizə təşəkkürümü bildirmək istəyirəm.

Bizim Birinci vitse-prezidentimiz, Mehriban xanıma minnətdarlığımı bildirirəm. O da bizə qarşı həmişə çox diqqətli olub.

Biz Xuraman xanımla xaricdən - Florensiyadan təzə gəlmişik. Orada italiyalı tələbələrə ustad dərsləri keçirdik. Onlar bizim ölkəmizlə bağlı çox şey eşidiblər və Azərbaycanı yaxşı tanıyırlar. Azərbaycanı Avropada, bütün dünyada tanıyırlar. Bu, Sizin sayənizdə olub.

Biz də öz sadə sənətimizlə Azərbaycanı tanıtdırırıq. Amma Siz bu istiqamətdə daha böyük işlər görürsünüz. Buna görə mən Sizə bir daha minnətdaram. Xuraman da mənim sözlərimə qatıla bilər. Çünki o, şahid idi ki, İtaliyada rektor və prorektor Azərbaycan haqqında necə xoş sözlər söyləyirdilər. Bir-iki ay bundan əvvəl vokal müəllimi Leonardo Belisi Azərbaycana gəlmişdi. O, bizim Bakı şəhərini gördü, onun gözəlliyinə valeh oldu. O, Sizin haqqınızda burada eşitdiklərini İtaliyada, Florensiyada bizə həvəslə danışırdı. Bu, bizi çox sevindirirdi. Bu uğurlara görə Sizə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm".





İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam orda-burda qadınlar haqqında danışıb dururmuş... "Dünyada pul ilə əldə edilməyəcək qadın yoxdu” deyirmiş...

Bir gün işi azıdıb:

"Mən Kraliçanı belə pulla əldə edə bilərəm. Yetər ki, qiymətini öyrənim!” demiş.

Söz dönüb dolaşıb Kraliçanın qulağına çatıb. Kraliça əsəbləşmiş və adamı çağırdıb:

-Sən belə belə dedinmi?

-Bəli əfəndim, dedim...

-Necə bunu deyə bilərsən ədəbsiz? Sənin kəlləni uçurdaram! Nə imiş mənim qiymətim?

-10 milyon euro, necədi əfəndim, yetərmi?

-Sus tərbiyəsiz, əxlaqsız adam!

-Hirslənməyin görkəmli Kraliçam... 100 milyon euro olsun...

Kraliça daha da əsəbləşmiş:

-Sən mənə necə qiymət verərsən? Kimsən axı?

Adam düşüncəli bir şəkildə başını qaşımış:

-Əsəbləşməyin əfəndim, bu sarayınızı qızıldan inşa edib sizə hədiyyə etsəm nə deyərsiz?

Kraliça birdən fikrə getdi:

-Səndə o qədər qızıl varmı?

Adam qanrılıb arxasında dayanan gözçətçiyə fısıldamış:

Kraliçanın da qiymətini tapdıq! İndi iş o qədər qızılı tapmağa qaldı!





digər lətifələr
ARXİV
FACEBOOK