adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Iyun 2017 11:28
19204
ƏDƏBİYYAT
A- A+

Bakıda dünya şöhrətli yazıçının kitabı təqdim olundu

Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr” kitabının təqdimatı keçirilib.

Adalet.az xəbər verir ki, təqdimat mərasimində şair Səlim Babullaoğlu, teatrşünas Aydın Talıbzadə, tənqidçilər Cavanşir Yusifli, Seyfəddin Hüseynli, yazıçılar Fəxri Uğurlu, Qan Turalı, Nahid Hacıyev, "Teleqraf Holdinq"in baş direktoru Aynur Camalqızı və başqaları iştirak ediblər.

İştirakçılar kitab və Nabokovun yaradıcılığı haqda danışıblar, bu gözəl, dəyərli tərcüməyə görə şair Qismətə təşəkkür ediblər.

Kitabda Nabokovun Tolstoy, Dostoyevski, Çexov, Qoqol kimi yazıçıların yaradıcılığı haqda mühazirə mətnləri yer alıb.