adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Iyun 2017 11:09
13758
ƏDƏBİYYAT
A- A+

Qədir oxuyurdu mən ağlayırdım...



































bilmirəm nə idi oxuduğu nə,
notları tüstülü şikəstə idi,
çölümü dağıdan,içimi sökən,
yağışlı-dumanlı bir bəstə idi.
çəmənlər-çiçəklər acı çəkirdi,
bülbüllər sonuncu nəfəsdə idi.
uçurdu havada göyərçin kimi,
gözlərim eləcə o səsdə idi.
Qədir oxuyurdu mən ağlayırdım.


analar özünü döyüb dururdu,
gəlinlər dizini qucaqlamışdı.
səhər yeməyini təzə bitirib,
günəş dan yerini sıcaqlamışdı.
sanki qan gəlirdi ağ ciyərindən,
sünbüllər qan rəngdə saçaqlamışdı.
heyi qalmamışdı nəfəs çəkməyə,
kimsə ürəyindən bıçaqlamışdı.
Qədir oxuyurdu mən ağlayırdım..


on yaşlı bir uşaq Araz boyunca,
çapırdı dördnala əlində nizə.
bu dərddən,fəryaddan qopurdu bir-bir,
ən uca zirvələr enirdi dizə..
(qədrini bilmirik heç nəyin Vətən,
Allah insaf salsın ürəyimizə).
Şuşanın acığı,qəzəbi idi.
Qədirin səsində tuturdu bizə.
Qədir oxuyurdu,mən ağlayırdım.


söyüştək çıxırdı bəzi məqamda,
hərdən boğulurdu,batrdı səsi,
yağışı,bulağı,dənizi,çayı,
tutub bir-birinə qatırdı səsi.
içində nə qədər ağrı olsa da,
yenə də qəlbimə yatırdı səsi.
başımı götürüb qaçırdım ancaq,
dalımca hər yerə çatırdı səsi.
Qədir oxuyurdu mən ağlayırdım..