adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Iyun 2017 22:54
4893
İDMAN
A- A+

Azərbaycanlı məşqçi Türkiyə klubu ilə müqavilə imzaladı

Azərbaycanlı futbol mütəxəssisi Asim İbrahimov Türkiyədə çalışacaq. 

Adalet.az-ın milliyet.com.tr saytına istinadən məlumatına görə, o, "Adanaspor” klubunun idman direktoru vəzifəsinə təyin olunub.

Bunu yerli mətbuata açıqlamasında Adana təmsilçisinin mətbuat katibi Erkin Doyqun söyləyib: "Asim İbrahimovla hərtərəfli anlaşdıq. O, bundan sonra klubun idman direktoru kimi fəaliyyət göstərəcək. Bu təyinat sayəsində Türkiyənin qardaş ölkə Azərbaycanla idman əlaqələrinin gücləndiriləcəyinə inanırıq”.

Qeyd edək ki, Asim İbrahimov ölkəmizdə MOİK, "Qaradağ Lökbatan”, "İnter”, "Turan” və "Neftçi” klublarında çalışıb.