ANA SƏHİFƏ / MARAQLI

Yadplanetlilərin şifrəsi sosial şəbəkələrlə açılacaq

6096    |   2017-06-15 22:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Maks İnstitutundan mütəxəssisi Rene Xeller yerdən kənar sivilizasiyaların şifrəsini açmağa kömək edəcək üsul kəşf edib.

Adalet.az xəbər verir ki, Günəş sistemini tədqiq edən fizik yadplanetlilərin göndərdiyi şifrəli müraciətləri sosial şəbəkələrin vasitəsilə açmağı təklif edib.

Onun sözlərinə görə, yadplanetlilərdən alınan siqnalların, məlumatların ictimai şəkildə paylaşılması onları rekord dərəcədə qısa vaxtda anlamağa şərait yaradacaq.

Rene Xeller bu nəticəyə apardığı qeyri-adi eksperimentin nəticələrindən sonra gəlib. O, təxminən iki milyon sıfır və ardıcıl vahid ədəddən istifadə edərək sosial şəbəkəyə şifrəli məlumat yerləşdirdi. İstifadəçilərdən şifrələnmiş 6 suala cavab vermək tələb olunurdu.

Alim apardığı eksperimentə 66-sı tamamilə düz olan təxminən 300 cavab alıb. Cavabların yarısı fərdi şəkildə, digərləri isə sosail şəbəkə istifadəçiləri arasında geniş müzakirələrdən sonra yazılmışdı.

Daha əvvəl Rene Xeller insanların Günəşin ətrafındakı 10 ulduza çatma vaxtını hesablayıb. Onun fikrincə, bu proses yaxın 100 il ərzində baş verəcək.




İmza:
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK