adalet.az header logo
  • Bakı 13°C
15 Iyun 2017 17:05
4816
MƏMLƏKƏT
A- A+

Xaçmazda Milli Qurtuluş Günü ilə bağlı bayram konserti keçirilib

Xaçmazda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar rayon icra hakimiyyəti və "ARB Media Qrup”un birgə təşkilatçılığı ilə bayram konserti keçirilib.

Adalet.az ARB TV-yə istinadən xəbər verir ki, şəhərin mərkəzindəki Heydər Əliyev adına parkda təşkil edilən bayram tədbirində çıxış edənlər bildirib ki, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olub.

Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamımızı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb və 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Konsert proqramında Xalq artistləri Fidan Hacıyeva, Gülyanaq Məmmədova, Əməkdar artistlər Baloğlan Əşrəfov, Yusif Mustafayev həmçinin, tanınmış incəsənət ustaları Namiq Qaraçuxurlu, Mirkamil Kamilov, Səyyad Əlizadə və başqaları bir-birindən maraqlı ifaları ilə çıxış ediblər.

Bayram konsertinə atəşfəşanlıqla yekun vurulub.