adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Iyun 2017 16:45
14831
MƏDƏNİYYƏT
A- A+

Bakıda Milli Kino Günləri keçirilir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı, Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə Milli Kino günləri keçirilir.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə İdarədən məlumat verilib.

İyunun 14-də Nizami Kino Mərkəzində Milli Kino günü layihəsinə start verilib. Tədbirin rəsmi hissəsində İdarənin rəisi Vuqar Zeynalov çıxış edərək bu cür layihələrin keçirilməsində əsas məqsəd milli filmləri daha geniş tamaşaçıya təqdim etmək, son illərdə çəkilmiş, cəmiyyətin sosial həyatını əks etdirən, vətənpərvərlik ruhunda olan və milli qəhrəmanlarımızdan bəhs edən filmlərin təbliği olduğunu qeyd edib. Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva nümayiş olunacaq filmlər haqqında geniş məlumat verib. Rəsmi hissədən sonra tədbirin 15 iyun Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdiyindən ulu öndər Heydər Əliyevə həsr olunmuş "Əbədiyyətə gedən yol” adlı sənədli film nümayiş edilib, daha sonra tamaşaçılar bir necə beynəlxalq mükafatlar qazanmış "Axınla aşağı” milli filminə baxıblar.

Qeyd edək ki, 1 ay davam edəcək layihə Nizami Kino Mərkəzində həftədə 3 dəfə təmənnasız olaraq tamaşaçılara "Dərs”, "İçərişəhər”, "Qatil”, "Xeyr və şərin rəqsi”, "Nabat”, "Yarımçıq xatirələr” və digər milli filmlər təqdim olunacaq. Filmlərin seanslarının saatlarını kinoteatrın məlumat mərkəzindən və facebook səhifəsindən dəqiqləşdirə bilərsiniz.