adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
15 Iyun 2017 15:12
21610
KRİMİNAL
A- A+

İki rayonda külli miqdarda narkotik aşkarlandı

Lənkəran və Cəlilabad sakinlərindən külli miqdarda narkotik aşkarlanıb.

Adalet.az-ın DİN-in saytına istinadən məlumatına görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini İntiqam Hətəmovdan 1 kiloqram 100 qram tiryək və 525 qram heroin aşkar edilərək götürülüb.

Lənkəranda isə daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Şağlaküçə kənd sakini Zeytulla Nuriyevin evinin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.