adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Iyun 2017 14:29
4563
GÜNDƏM
A- A+

Mühəndis istehkam bölmələri xüsusi təlim keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimi keçirilib.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.

Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.