Keçmiş məhkum narkotik satarkən tutulub
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Polis Şöbəsinə bir nəfər rayon sakininin külli miqdarda narkotik üçün müştəri axtarması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əməliyyat qrupu yaradılıb. "Şərti alıcı" rayonun Bərgüşad kənd sakini Xanoğlan Abbasovla danışıqlara gedərək onda olan marixuananın kiloqramını 800 manata almağa, pulun bir hissəsini dərhal, qalanını isə bir gün sonra ödəyəcəyi barədə razılaşıblar.
İyunun 14-də X.Abbasov əvvəlcədən razılaşdıqları yerdə narkotik vasitəni satarkən polis əməkdaşları tərəfindən tutulub. Şöbədə aparılan müvafiq araşdırmalarla X.Abbasovun əvvəllər məhkum olunduğu müəyyən edilib. Üzərinə baxış keçirilərkən narkotik vasitənin satışından əldə etdiyi 2000 manat da aşkar edilərək maddi sübut kimi götürülüb. Ekspert rəyi ilə narkotik vasitənin ümumi çəkisi 4,5 kiloqram qurudulmuş marixuana olması müəyyən olunub.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19