Zaxarovadan Qarabağla bağlı AÇIQLAMA
"Moskva Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrovla Jan-İv Le Drianın iyunun 20-də görüşləri zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini istisna etmir".
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M.Zaxarova bildirib: "Bir sıra beynəlxalq məsələlərin müzakirəsi zamanı bu məsələyə toxunulacağını istisna etmirik. Bu, təbiidir. Belə ki, fransalı həmkarlarımızla bir çox məsələlərdə daim dialoqdayıq, həmçinin bu məsələ ilə də bağlı".
Zaxarova qeyd edib: "Yaranmış vəziyyət irəli hərəkət və həll tələb edir, ona görə son vaxtlar müxtəlif formatlarda danışıqlar intensivləşib".
Digər Xəbərlər
24 Aprel 2024 11:53
QUBAD İBADOĞLUNU ÖZÜNDƏN NECƏ AZAD ETMƏLİ!?? - Mir Şahin Ağayev yazır
24 Aprel 2024 11:50Prezidentlərin məhdud tərkibdə görüşü başlayıb
24 Aprel 2024 11:42Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB
23 Aprel 2024 20:33Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46