adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Iyun 2017 10:34
3725
HADİSƏ
A- A+

İsmayıllıda 3 otaqlı ev yanıb

İsmayıllıda yanğın qeydə alınıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İsmayıllı rayonu, İstisu kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan mansard tipli birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.