adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Iyun 2017 22:45
5360
İDMAN
A- A+

Azərbaycan klublarının avrokuboklarda rəqibləri bilindi

Bu gün qadın və kişi voleybolçular arasında "Çelenc Cup”ın püşkü atılıb.

Lüksemburqda baş tutan mərasimdə Azərbaycan klubları da rəqiblərini tanıyıblar.

Püşkatma mərasimində öncə qadın voleybolçulardan ibarət "Azərreyl”in taleyinə aydınlıq gəlib. Komandamızın bəxtinə Rumıniyanın "Ştiinta" klubu düşüb. "Dəmiryolçular" mübarizəyə II təsnifat mərhələsindən deyil, 1/16 finaldan başlayacaq. Komandamız Rumıniya çempionatının 4-cüsü ilə ilk oyununu dekabrın 12-14-də səfərdə keçirəcək. Cavab matçı isə gələn il yanvarın 9-11-i aralığında Bakıda olacaq.

Super Liqanın gümüş medalçısı olan "dəmiryolçular”ın mərhələ adlayarsa, "Pfeffingen" (İsveçrə) - "Mladost" (Xorvatiya) cütünün qalibini sıanağa çəkəcək.

"Çelenc Cup"da qadın voleybolçuların mübarizəsi isə noyabrın 21-də başlayacaq.

Ardınca kişi voleybolçular arasında Azərbaycan çempionu "Lokomotiv”in rəqibi müəyyənləşib. Avrokubokda debüt edəcək Bakı klubu Kiprin "Apoel" klubu ilə cütlük təşkil edib. Onlar "Azərreyl"dən fərqli, mübarizəyə II təsnifat mərhələsindən başlayacaqlar. İlk oyun noyabrın 21-23-ü aralığında paytaxtımızda, ikinci görüş 1 həftə sonra səfərdə olacaq.