adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Iyun 2017 21:39
19586
KRİMİNAL
A- A+

Sumqayıtda külli miqdarda narkotik aşkar edilib

İyunun 10-da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində bir nəfər özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a daxil olan məlumata görə, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman cibindən polietilenə qablaşdırılmış gümüşü rəngli siqaret kağızında 2 bükülü və 1 ədəd qatlanan bıçaq aşkar edilərək götürülüb.

Araşdırmalarla onun şəhər sakini Elşən Həsənov olduğu məlum olub.
Ekspertizaya göndərilən həmin bükülüdəkilərin 0,627 qram narkotik vasitə olan heroin olması barədə rəy verilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilib və oradan qara sellofan torbada ümumi çəkisi 570 qram olan heroin aşkar edilərək götürülüb.

E.Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət işi başlanılıb. Zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.