adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Iyun 2017 21:24
6076
DÜNYA
A- A+

Deputata 25 il həbs cəzası verildi

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Enis Berberoğlu 25 il müddətinə azadlıqdan məhrum edilib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmənin qərarından sonra deputat həbs olunub.


Berberoğlu Milli İstihbarat Təşkilatına (MİT) məxsus olduğu deyilən TIR-larla bağlı məsələyə görə açılan cinayət işində əsas təqsirləndirilən şəxs olub və iş üzrə günahkar sayılıb.