adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyun 2017 16:16
9370
MƏMLƏKƏT
A- A+

Azərbaycan Braziliyadan bahalı inəklər alıb? - AÇIQLAMA

Kənd Təsərrüfatı Nazirliyi Braziliyadan Azərbaycana cins heyvanların alınıb gətirildiyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən açıqlamada deyilir:


"Bəzi kütləvi informasiya vasitələrində və internet portallarında "Aqrolizinq” ASC tərəfindən Braziliyadan damazlıq heyvanların alınıb gətirilməsi ilə bağlı məlumat yayılıb.

Bununla əlaqədar olaraq bildiririk ki, bu barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Aqrolizinq” ASC yarandığı tarixdən onun xətti ilə bu günədək Braziliyadan damazlıq heyvan alınmamış və gələcəkdə də alınması ilə bağlı heç bir müqavilə imzalanmamışdır.

Kənd Təsərrüfatı Nazirliyi olaraq bir daha bəyan edirik ki, Braziliyadan cins heyvanların alınıb gətirilməsi iqtisadi cəhətdən səmərəli deyil və Kənd Təsərrüfatı Nazirliyi belə bir variantı heç zaman nəzərdən keçirməmişdir”.