adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Iyun 2017 14:36
29146
MƏDƏNİYYƏT
A- A+

Gənc Ustadın 3 tələbəsi qalib oldu - Foto

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə "Muğam televiziya müsabiqəsi-2017” iyunun 12-sində başa çatdı. 

Müsabiqənin qalibləri müəyyən olundu. Belə ki,ən yüksək nəticə ilə Almaxanım Əhmədli "Qran Pri" mükafatına, Pərviz Qasımov 1-ci yer, Rəvanə Əmiraslanlı 2-ci yerə layiq görülüb. Qeyd edək ki,hər 3 qalib Milli Konservatoriyanın gənc ustadı əməkdar artist Təyyar Bayramovun tələbələridirlər. Bundan əlavə,Təyyar Bayramovun digər tələbəsi Mirəli Sarızadə də maraqlı ifalar ilə yadda qalıb və müsabiqənin "diplomatı" olub. Onu da vurğulayım ki, Təyyar Bayramov özü 2005-ci ildə bu müsabiqədə iştirak edərək birinci yerin sahibi olmuş,2009-cu ildə isə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olaraq "Qran Pri"ni qazanmışdır. Göstərdiyi uğurlarına görə dövlət tərəfindən dəyərləndirilərək 2009-cu ildə "Əməkdar artist" fəxri adına,2017-ci ilin may ayında prezident mükafatına layiq görülmüşdür.