ANA SƏHİFƏ / YAZARLAR

Şirkət sahibi Beyrək

20566    |   2017-06-14 13:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Kitabi Dədə Qorqud” min illərin süzgəcindən keçib, bu günmüzün reallığına da işıq saçır. Əslində, mənə elə gəlir, "Kitabi Dədə Qorqud” dastanı insanlıq tarixinin yol xəritəsidir. Biz bu yol xəritəsindən istifadə edərək öz təfəkkürümüzü, milli özünüdərki, mədəniyyətimizi, var oluşumuzu, tapındığımız qutsal dəyərləri və bütün bunlarla bərabər sufilərin məşhur üç sualını İnsan kimdir? Hardan gəlir? Hara gedəcək? cavablarını tapa bilərik.

Məqsədim dastanı danışmaq deyil. Orada daha çox Beyrək obrazı diqqətimi çəkir. Çağdaş zamanımızda görəsən, Beyrək hansı statusda olardı? Dastandakı Beyrək igiddir, namusludur, sözündən dönməyəndir, aşiqdir, Oğuz elinin ən romantik obrazıdır. O, Banuçiçəyi sevir. Qız da ona bir könüldən min könülə vurulub. Biz Anarın ssenarisi əsasında çəkilmiş "Dədə Qorqud” filmində Rasim Balayevin ifa etdiyi Beyrək rolunda da görürük ki, bu igid, qorxmaz obraz öz sevgisinə sadiqdir. Gəlin Beyrəyin kimliyini açıqlayaq:

Bamsı Beyrək - Bayböyrənin oğlu, gənc Oğuz qəhrəmanlarından biri. "Kitabi Dədə Qorqud” dastanında əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısıdır. Dədə Qorqud ona ad qoymamışdan əvvəl Bamsı ləqəbi daşıyırdı. Qəhrəmanlıq göstərdikdən sonra Beyrək ismi verilir. Bamısı ilə Banu beşik kərtməsidir. Tanrı Beyrəklə Banuçiçəyə sevginin müqəddəsliyini əmanət verib. Amam onlar bir-birlərini tanımadan böyüyürlər. Banuçiçək də igid qızdır. Bamsı Beyrəyin əsir düşməsindən sonra onlar uzun müddət ayrı qalırlar. Bu müddət ərzində Banuçiçək ərə getmək məcburiyyətində qalır. Beyrək əsir qaldığı sarayın bəyinin qızı tərəfindən xilas olunur.

Bir dəfə"Kitabi Dədə Qorqud” haqqında keçirilən iclasa dəvət edilmişdim. Tələbələr Beyrək obrazını indiki zamanla müqayisə edirdilər. Orada saslənən fikirləri olduğu kimi paylaşmaq istəyində deyiləm.

Gəlin özümüzə belə bir sual verək. Bu gün Dədə Qorqud dastanındakı kimi saf, təmiz ölçüyə gəlməz sevgilər yaşanır? Beyrək və Banuçiçək müasir zamanda gözümüzün qabağında tamamilə fərqli görünür. Təsəvvür edin ki, Beyrək hansısa şirkətin rəhbəridir və digər şirkət sahibləri ilə rəqabət aparır. Özü də Beyrək hər şeyi qol gücünə və despotizmlə həll edir. Banuçiçək isə varlı bir tacirin yeganə qızıdır. Bütün günü sosial şəbəkələrdə öz şəkillərini paylaşan, müxtəlif təfəkkürdə olan insanlarla oturub-duran və həyatın yalnız əyləncədən ibarət olduğunu düşünən bir qızdır.

Mənim yaradıcılıq fantazıyam buraya qədərdir. Xahiş edirəm ki, Raskolnikovun baltasını götürüb üstümə gəlməyin. Mən günahkar deyiləm! Bu gün Beyrəyi və Banuçiçəyi o cür olmağa itələyən cəmiyyətdirmi, yoxsa Tanrıdırmı, bilmirəm. Ancaq düşünürəm ki, Dədə Qorqudun təbliğ etdiyi saf, təmiz dünyada çirkaba batmış obrazlar qarşıma çıxır. Dədə Qorquddakı son boyu yada salın. İç Oğuz və Dış Oğuz bir-birinə düşmən kəsilir. Səbəb çox sadədir. İnsan heç vaxt barış içində yaşaya bilmir.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK