ANA SƏHİFƏ / MARAQLI

Tək gedə bilməyəcəyiniz 9 LƏNƏTLİ YER

9860    |   2017-06-14 13:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya var olduğundan bu yana lənətli yerlərlə bağlı hekayələr danışılır. Kimi yaşanmış, kimi sadəcə deyilənlərdən ibarət olaraq qalır. Dünya ədəbiyyatında, kinosunda da lənətli evlərdən, qəsəbələrdən, adamlardan əsərlər yazılmış, filmlər çəkilmişdir.






Gedənin geri qayıtmadığı mağara – Havran, Balıkəsir

Balıkəsirin Havran mahalında olan bu mağarada söyləntilərə görə mağaranın içinə girən bir daha çıxa bilmirmiş. Ora girib itirdikləri heyvanlarını axtarmaq üçün yola çıxan çobanlardan bir daha xəbər alına bilmirmiş. Deyilənlərə görə, mağaranın ətrafında və içində insan sümükləri olduğuna dair qorxunc hekayələr danışılır. Bəzi kəndlilərə görə mağaranın içində qəribə bir məxluq varmış.


Hoia Bakiu Meşəsi – Napoka, Rumıniya

Mələklər meşəsi: Hoia Bakiu Meşəsi. Bu meşəyə gedən ziyarətçilərin bir çoxu, orda ikən "bir şeylər tərəfindən” izləndikləri hissinə qalırmışlar. Rumınyiada bu bölgədə yaşayanların inandığı şəhər əfsanəsinə görə də bu meşəyə girən geri qayıda bilməzmiş!


Stenli Mehmanxanası – Kolorado, ABŞ

Stenli Oteli, "Parıltı” filmində istifadə edilmiş məkandır. Otelin köhnə sahibləri F.O və Flora Senlinin hələ də otaqlarda gəzdiyi və hətta görüntülərinin video lentlərdə əks olunduğu iddia olunur. Deyilənlərə görə, otelə azyaşlılar buraxılmadığı halda, qonaqlar gecələr dəhlizlərdə səs-küy edən uşaqlardan şikayət edirlər.


Alkatraz Həbsxanası - ABŞ

Həbsxanada Al Kapone və Corc Kelli kimi məşhur mafiya liderləri cəza çəkiblər. San-Fransisko körfəzindəki adalardan birində yerləşir. Fəaliyyəti dayandırılan zindandan çığırtı, ayaq səsləri eşidilir. Qapılarının öz-özünə açılıb-örtüldüyü deyilir.


Banqar divarı - Hindistan

Rajastanda Canpur və Alvar arasında yerləşir. Məşhur cadugər Sinqiya hamının burada öləcəyini və ruhlarının əbədiyyətə qədər həbs olunacağını deyir. Maraqlıdır ki, lənətli olduğu deyilən bölgədə tikilən evlərin hamısının damı çökür. Gecə bura gələnlər yoxa çıxırlar. Hökumət günəş batandan sonra insanların bölgəyə getmələrinə qadağa qoyub.


Şərq Ştatı Təcridxanası - Penslivaniya

Filadelfiya şəhərində yerləşən təcridxana vaxtilə din cinayətkarlarının sorğu edilməsi üçün istifadə edilib. Dindirilmə zamanı məhbusların çoxusu dəli olurdu. Müəyyən müddətdən sonra buradan tükürpərdən çığırtı səsləri eşidilir.


Monte Kristo malikanəsi - Avstraliya

Malikanədə lənət xanım Krauleyin ərinin ölməsindən sonra dolaşır. Krauley ərinin ölməsindən sonrakı 23 il boyunca cəmisi 2 dəfə çölə çıxır. Onun da ölməsindən sonra malikanədə qeyri-hadisələr başlayır. Evi lənətləyən qadın orada tez-tez qorxunc qarabasmalar şəklində görünür. Çığırtı səsləri eşidilir, işıqlar özü-özünə yanıb-sönür.


Yeraltı Qəbiristanlığı - Fransa

İddialara görə 700-cü illərdə Parisdə meydana gələn vəba xəstəliyindən ölənlər kilsənin qərarı ilə əhəng ocaqlarında yandırılırdı. Bu məqsədlə yerin altında düzəldilmiş otaqlarda minlərlə insan əhənglənərək ortadan yoxa çıxıb. Ta ki 1844-ci ildə ilk qazıntılarda otaqlar ortaya çıxarılarkən bu mövzu gizli qalırdı.


Ölüm dərəsi - Kaliforniya

Kilometrlərlə və saatlarla dəyişməyən mənzərə boyunca irəliləyirsinizsə, yol kənarında nə bir dayanacaq, nə bir ağac yoxdursa, termometr 50 dərəcəni göstərirsə, deməli, siz, Kaliforniya ərazisindəki "Ölüm dərəsi"ndəsiniz. Burada hər an zəhərli böcəklərin hücumuna məruz qala bilərsiniz. İşdir, maşınınız xarab olsa, yanınızda su olmasa, və ya yoldan kimsə keçməsə, tez bir zamanda ölüm sizi haqlayacaqdır. Buna görə, bura "Ölüm dərəsi" adlanır.



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2017-06-23


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (25%)
Top-topa - YOX (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı gecə evinə gedir. Yolüstü parkdan keçərkən qəfil səs eşidir.
- Dayan!
Vəli dayanır.
- Uzan!
Vəli uzanır.
- Sürün!
Vəli qorxusundan sürünməyə başlayır. Bu vaxt bir nəfər ona yaxınlaşaraq:
- Qardaş, nə olub? Mən burda itimlə məşq edirdim. Gördüm sürünürsünüz, dedim bəlkə nəsə olub.




digər lətifələr
ARXİV
FACEBOOK