adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Iyun 2017 12:07
8220
DÜNYA
A- A+

Londonda güclü yanğın: Ölü sayı artır - VİDEO - Yenilənib

Londonda baş verən yanğın nəticəsində 50-yə yaxın insan yaralanıb.

Son məlumatlara görə, yanğında həlak olanların sayı hələlik dəqiqləşməyib. Yanğının səbəbləri də məlum deyil.



***
İngiltərənin paytaxtında 27 mərtəbəli, 150 mənzili olan yaşayış binasında baş verən yanğını hələ söndürmək mümkün olmayıb.

Bəzi sakinlərin binada qaldığı bildirilir.

Onlardan bəzilərinin özlərini binadan atdığı iddia edilir.

Məlumata görə, artıq 1 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

***
(09:38)

Londonun mərkəzində 27 mərtəbəli yaşayış binasında yanğın baş verib.

İkinci mərtəbədə başlayan yanğın bütün binanı əhatə edib.

Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower” binasında baş verən yanğının söndürülməsinə təxminən 40 yanğınsöndürmə maşını və 200 yanğınsöndürən cəlb olunub.

Hazırda sakinlərin təxliyəsi həyata keçirilir. Yanğın nəticəsində 30 nəfər yaxın insanın xəstəxanaya aparıldığı bildirilir.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.(azvision)