adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Iyun 2017 10:14
3899
MƏMLƏKƏT
A- A+

Naxçıvanın təhsil sistemində 20 illik fərq

1995-1996-cı tədris ilində ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 1301 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd verib. Onlardan 401 nəfəri müxtəlif ali təhsil ocaqlarına daxil olubsa, 2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 2469 nəfəri ali məktəblərə sənəd verib, 1538-i tələbə adını qazanıb.

Adalet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, 2015-2016-cı tədrisilində muxtar respublikanın ümumtəhsil məktəbi məzunlarından 500-700 arası bal toplayanların sayı 338 nəfər təşkil edib. Müqayisə üçün 1995- 1996-cı tədris ilində 500-700 arası bal toplayanların sayı cəmi 5 nəfər olub.