adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Iyun 2017 10:03
20762
MƏDƏNİYYƏT
A- A+

Bəstəkar Rauf ƏIiyev vəfat edib

Bəstəkar Rauf ƏIiyev 70 yaşında vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə APA-ya Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Rauf Əliyevin ürək tutmasından dünyasını dəyişdiyi bildirir. Bəstəkar bu gün Bakıda dəfn olunacaq.

Rauf Əliyev 1947-ci il mayın 1-də Azərbaycanın Şuşa şəhərində anadan olub.

Rauf Əliyev 90-a yaxın - "Azadlığa gedən yollar", "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" və digər Azərbaycan filmlərinə musiqi bəstələyib, 10-a yaxın mahnının müəllifidir.

Allah rəhmət eləsin!