adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Iyun 2017 22:54
5633
İDMAN
A- A+

“Qarabağ” sabah yoxlama görüşü keçirəcək

"Qarabağ” növbəti mövsümün hazırlıqlarını davam etdirir. 

Adalet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi öz bazasında gündə 1 dəfə olmaqla məşqlərə çıxır.

U-21 millimizin heyətində təlim-məşq toplanışında olan 3 futbolçu Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov da artıq kollektivlə birlikdə məşqlərə qoşulublar.

Bakıda baş tutan hazırlıq prosesində son çempion bir yoxlama oyunu keçirəcək. Belə ki, "Qarabağ” sabah Qəhrəman Əliyevin başçılıq etdiyi "Bakı” komandası ilə üz-üzə gələcək.

"Azərsun Arena”da keçiriləcək matçsaat 17:30-da start götürəcək.