adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Iyun 2017 22:08
5258
İDMAN
A- A+

Ronaldo məhkəməyə verildi

"Real"ın futbolçusu Kriştiano Ronaldo vergidən yayınma iddiasıyla məhkəməyə verilib.

Adalet.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid prokurorluğunda qaldırılan iddianamədə hücumçunun 2011-2014-cü illər aralığında imici ilə bağlı gəlirlərini əskik göstərərək, bütövlükdə 14,75 milyon avro vergidən yayındığı qeyd olunub.

Məhkəmənin yaydığı yazılı açıqlamada 32 yaşlı futbolçunun "Real"a transfer olunduğu 2010-cu ildə qurduğu bir şirkət vasitəsilə bilərəkdən vergidən yayındığı bildirilir.

Qeyd edək ki, K. Ronaldoya İspaniya qanunlarına uyğun olaraq, 1-5 il aralığında həbs cəzası verilməsi nəzərdə tutulub.