adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Iyun 2017 17:00
5793
MƏMLƏKƏT
A- A+

QHT növbəti təlim keçirilib

"Xalçaçılıq sənətinin təbliği məqsədilə müxtəlif tədbir və aksiyaların təşkili” layihəsinin icrası çərçivəsində növbəti təlim keçirilib. Layihə Quba rayonunda "Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. Təlimdə xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımlara xalça sapları, onların rənginin və liflərinin düzgün seçilməsinin xalça toxunuşunda, naxışların vurulmasında mühüm əhəmiyyəti izah edilib. Xanımlara xalça toxunduqdan sonra sapların kəsilməsi və xalçaların daranması qaydaları öyrədilib və onlar bu qaydaları praktiki olaraq icra ediblər.