adalet.az header logo
  • Bakı 18°C
13 Iyun 2017 16:21
3470
GÜNDƏM
A- A+

ATƏT-in XİN rəhbərləri iyulda görüşəcək

Rusiya və Avstriya xarici işlər nazirləri Sergey Lavrov ilə Sebastyan Kurts arasında telefon danışığı baş tutub.

Adalet.az Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçiriləcək ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-formal görüşünə hazırlıq məsələləri müzakirə olunub.


Danışıq zamanı regional və beynəlxalq məsələlərlə yanaşı, görüşə hazırlıq məsələləri də müzakirə edilib.

Qeyd edək ki, 2017-ci ildə ATƏT-ə Avstriya sədrlik edir.