adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Iyun 2017 16:15
8839
İDMAN
A- A+

Türkiyə futbolunun canlı əfsanəsi həbs edildi

Türkiyənin əfsanəvi futbolçusu Tanju Çolak həbs edilib. 

Adalet.az-ın yerli mətbuata istinadən məlumatına görə, iyunun 10-da saxlanılan sabiq hücumçu məhkəmə qarşısına çıxacaq.

Belə ki, quldurluqla məşğul olan şəbəkənin üzvü şübhəsi ilə Ankara Baş Prokurorluğunun təlimatına əsasən saxlanılan 54 yaşlı mütəxəssis bu gün ədliyyəyə sövq edilib. Ordakı sənəd işlərinin ardından isə həbsi tələb edilən Türkiyə yığmasının sabiq üzvü məhkəməyə çıxarılacaq. Ona qədər isə Çolak vaxtını dəmir barmaqlıqlar arxasında keçirəcək. Türkiyə çempionatları tarixinin ən məhsuldar ikinci oyunçusu da daxil olmaqla, saxlanılan 9 nəfərdən 6-sı məhkəməyə çıxarılacaq.

Qeyd edək ki, Tanju Çolak futbolçu karyerası ərzində "Samsunspor”, "Qalatasaray”, "Fənərbaxça” və "İstanbulspor” klublarının formasını geyinib.