adalet.az header logo
  • Bakı 16°C
13 Iyun 2017 16:00
8294
İDMAN
A- A+

Çempionlar Liqası və Avroliqayla bağlı yeni qərar

UEFA 5 yeni mükafat təsis edib.

Adalet.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bu ildən başlayaraq Çempionlar Liqasında mövsümün ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusu, eləcə də Avropa Liqasının ən yaxşı oyunçusu üçün xüsusi mükafat veriləcək.

2016/17 mövsümü üçün qaliblərə mükafatlar bu ilin avqustunda Monakoda keçiriləcək yeni mövsümün püşkatması zamanı təqdim ediləcək.

Qeyd edək ki, budəfəki qalibləri 2016/17 mövsümündə Çempionlar Liqası və Avropa Liqasında oynayan klubların məşqçiləri, eləcə də UEFA-ya üzv olan 55 ölkənin hər birindən tanınmış jurnalistlər müəyyənləşdirəcəklər.