ANA SƏHİFƏ / ŞOU-BİZNES

Tatlısəs yenidən efirə qayıdır

5879    |   2017-06-13 15:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs bundan sonra övladları ilə birlikdə veriliş aparacaq.

Adalet.az xəbər verir ki, prodüserlər müğənninin övladları ilə veriliş aparmaq şərtini qəbul ediblər.

Tanınmış aparıcı Ece Erkənin sosial şəbəkədə yazdığı "Hazır olun, İbrahim Tatlısəs bomba kimi qayıdır...” sözləri onun şərtinin qəbul olunması kimi başa düşülüb.

Bir vaxtlar "İbo şou” adlanan verilişin bundan sonra "İbo, İdo, Dilo şou” adlanacağı deyilir.

Müğənni Türkiyənin "Star” kanalında yayımlanan "Duymayan kalmasın” verilişinə açıqlamasında verilişi yenidən aparmaq üçün 13 milyon lirə təklif aldığını bildirib.

İbrahim Tatlısəs "İbo şou”nu yenidən aparmasam, gözüm arxada qalar. Tək şərtim budur ki, verilişi övladlarımla birlikdə aparım”,- deyib.




İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK