adalet.az header logo
  • Bakı 12°C
13 Iyun 2017 15:38
11257
ELM VƏ TƏHSİL
A- A+

Sınaq imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Mərkəzdən Adalet.az-a verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 15274 abituriyentdən 350 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 4 abituriyentin imtahan nəticələri ləğv edilib.