adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Iyun 2017 15:28
20950
ƏDƏBİYYAT
A- A+

“Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı keçirildi

İyunun 13-də Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə tanınmış jurnalist, «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri, Azərbaycan və Gürcüstan Jurnalistlər Birliklərinin üzvü, Gürcüstanın "Şərəf” və "Şöhrət” ordeni kavaleri Şahismayıl Şəmmədoğlunun "Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı keçirildi.

Qeyd edək ki, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Tbilisidə işıqüzü görmüş kitabın ikinci nəşri iki dildə - Azərbaycan və gürcü dillərində nəfis şəkildə çap olunub.

Tanınmış ictimai xadim, yazıçı-dramaturq Hidayət Orucov və "Gürcüstan” qəzetinin redaktoru, Gürcüstanən Əməkdar jurnalisti İslam Əliyevin redaktəsi ilə nəşr olunan kitabda müəllifin - Gürcüstanən Əməkdar jurnalisti, Şahismayıl Şəmmədoğlunun son illərdə qələmə aldığı, Azərbaycan və Gürcüstan mətbuatında dərc olunan, eləcə də Azətbaycan və Gürcüstan televiziyalarınında səslənən yazıları toplanıb.

Kitabda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin, eləcə də onun ləyaqətli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonşu Gürcüstana səfərləri, bu səfərlər zamanı iki dost və qardaş ölkələrin ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə göstərdikləri böyük xidmətlər aydın şəkildə oxucuya çatdırılır.