adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Iyun 2017 15:24
3758
GÜNDƏM
A- A+

İşsizlik problemi müzakirəyə çıxarıldı

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında yeni hazırlanan "İşsizlikdən sığorta haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Adalet.az xəbər verir ki, yeni qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.


Yeni qanun layihəsi 4 fəsil, 26 maddədən ibarətdir.

Komitə sədri bildirib ki, qanun layihəsi işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub.

Deputat Qüdrət Həsənquliyev çıxışı zamanı bildirib ki, bu qanun Azərbaycanda qəbul olunmasına ehtiyac yoxdur. O, qeyd edib ki, bu qanun layihəsi sığorta şirkətlərinin marağına xidmət edir və sığorta təşkilatlarına pul qazandırmaqdır.

Millət vəkili Siyavuş Novruzov bildirib ki, "İşsizlikdən sığorta haqqında” qanun layihəsi vacibdir və qəbul olunmalıdır.

Deputat qanun layihəsində işsizlik anlayışının başa düşülən tərzdə verilməsini təklif edib: "Beynəlxalq aləmdə işsizlik sözünün mənası bir formada verilir. Lakin bizdə işsizlik deyəndə başa düşülən anlayış düzgün deyil. Misal üçün birinin 50 hektar torpağı var, lakin dövlət qurumunda işləmirsə deyir ki, işsizəm. Bundan başqa Azərbaycanda istehsal müəssisəsi, kiçik biznesi olanlar da deyir ki, dövlətdən əmək haqqı almıramsa demək işsizəm. Bu düzgün deyil. Bu baxımdan hesab edirəm ki, qanun layihəsində işsizlik anlaşıyışının mənası ciddi şəkildə qoyulmalıdır və bu anlayışın kimlərə şamil olduğu bildirilməlidir”.

S. Novruzov çıxışı zamanı işsizlərin gələcəkdə pensiya məsələsini də önə çəkib: "Qanunda işsizlərin gələcək pensiyaları ilə bağlı məsələ öz əksini tapmalıdır”.

Deputat Tahir Kərimli də qeyd edib ki, bu qanun layihəsinin qəbul olunması vacibdir.

Deputat Çingiz Qənizadə bildirib ki, bu qanun layihəsi müəyyən sığorta şirkətlərinə xidmət edəcək.

Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda qəbul edilib.