adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Iyun 2017 21:39
23307
KRİMİNAL
A- A+

Polis külli miqdarda narkotik müsadirə edib

Respublikanın daxili işlər orqanlarının əməkdaşları külli miqdarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxsin ifşa edilməsi ilə nəticələnən növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Cəlilabad rayon sakini Cəlaləddin Ağayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonu ərazisində saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 300 qram heroin, həmçinin 2 kiloqram 10 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri əvvəldən tanıdığı İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.