adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Iyun 2017 14:55
8209
DÜNYA
A- A+

Lukaşenkodan KTMT-yə XƏBƏRDARLIQ

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında hərbi-siyasi vəziyyət kəskinləşir. Adalet.az  "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT-yə üzv dövlətlərin müdafiə nazirlərilə görüşündə deyib.

"Biz bu il kollektiv təhlükəsizlik haqqında müqavilənin imzalanmasının iyirmi beş illiyini qeyd edirik. Bütün bu illər ərzində KTMT-nin məsuliyyətinin zonasında hərbi-siyasi vəziyyəti sakit adlandırmaq olmaz. İndiki mərhələdə vəziyyət daha da kəskinləşir”, - Lukaşenko bildirib.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.