adalet.az header logo
  • Bakı 18°C
13 Iyun 2017 14:15
5580
DÜNYA
A- A+

TRAMPI PREZİDENTLİYİN KAYFIN ÇIXARMAĞA QOYMURLAR

Kişi bir «Kamaz» pul xərcləyib gəlib olub prezident ki, kef eləsin, qoymurlar. Gah Rusiyaya bağlayırlar, gah çıxartdığı qərarları ştat məhkəmələri ləğv edir, FTB-nin sabiq direktoru senatın dinləmələrində onu yıxıb sürüyür, dıqqılı Qətərin əmiri onun dəvətini qəbul etmir, böyük şəhərlərin küçələrində əleyhinə yürüşlər keçirilir… birdi, ikidi…

İndi də daha ciddi bir ittiham irəli sürüblər: həm dövlət tədbirlərini öz otellərində keçirir, həm də xaricdən gələn dövlət qonaqlarını öz otellərində yerləşdirib para qazanır. Araşdırma aparılır, ABŞ-ın baş prokuroru deyib ki, bu faktlar təsdiqini taparsa, Tramp haqqında cinayət işi qaldıracaq.