adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

İBRAHİMBƏYOV, ÇETVYORTIY SORT BƏYLƏR VƏ SEYİD VƏSİQƏSİ…

AQİL ABBAS
67924 | 2017-06-14 09:55

Tanrım, Sən özün kömək ol!Dərdə bax, millətə bax, zillətə bax, dirilərdən ölülər kayf alacaq!

«Baharın on yeddi anı»nda bir yer var. Müllerin köməkçisi girir içəri, Müllerdə dilxordu, əsəbi halda soruşur: «Çto sluçilos, Betner? Mı vızyali Moskvu?!» İndi nəolub, mı vızyali Şuşu?! Day ölkənin problemiqurtarıb, bircə problem qalıb, o da cənubbölgəsində bir qazi (Qarabağ qazısi yox ey,QMİ-nin qazısi) bir nəfərə möhürlü, Kərbəlayıdemiş, «ştampelli» bir vəsiqə verib ki, buvəsiqəni daşıyan şəxs seyiddi, özü də əməlli-başlısından.

Ölkə dəyib bir-birinə. Qəzetlər, saytlar (bilmirəm televizyonlar da bu məsələyə qarışıb, ya yox), sosial şəbəkələr… qırğındı,vurçatlasındı. Məmə yeyəndən, pəpə deyənə, hamımüzakirə edir. Dedim mən kimdən əskiyəmey, niyə dəstədən geri qalım ki, sonra da desinlər bu millət vəkillərihara baxır. Düzdü, məndən əvvəl bir millət vəkili ürəyini boşaldıb, hər haldaistədim, türklər demiş, mənim də bu şorbada duzum olsun.

Ay camaat, nə düşmüsüz bir fağır qazınin, bir fağır seyidin üstünə?! Axıbelə titul sənədi almaq bizim millətin canındadı, bu bizim olmuş-keçmişgələnəklərimizdən biridi.

Əbdürrəhim bəyi oxumamısız? Oxumamızsa, gedin oxuyun. Məsləhətdi. Bəy yazırki, Qarabağda dörd cür bəy var: pervi sort,vtoroy sort, tretiy sort və nəhayət, çetvyortıy sort. Üçünü qoydum qırağa, əsasçetvyortudu. Belələri bir az ordan-burdan pul çırpışdırıb, bir az ondan-bundan borcalıb özlərini verirlər Tiflisə, Qafqaz canişinliyinə. Və canişinlikdən bir urustapıb yalvar-yaxarla, zorla rüşvət verib(bilirsiz də yazıq urusların da rüşvətdənzəndeyi-zəhlələri gedir) bir bəylik vəsiqəsi alıb qoyurmuşlar döş ciblərinə, gəlib Qarabağda şellənə-şellənə fors edirmişlər, şahla plov yemirmişlər ki, bığları bulaşar, axşam gedib evdə soğan-çörəklərini yeyərmişlər. Sonra da yavaş-yavaşxalça-palazlarını satıb borcların qaytararmışlar və qalarmışlar quru yurdda. Zato, bəylik vəsiqələri vardı vəhamı onlara bəy deyirdi: bəy, burdan otur; bəy, ordan otur; bəy, sən ağıllı adamsan,Qətərin axırı necə olacaq…

Düşmüsüz bir fağır qazi ilə, bir fağır seyidin üstünə…

90-cı illərin əvvəllərində Qafqaz canişinliyi köçmüşdü Bakıya, deyəsən, yadınızdançıxıb. İbrahimbəyov qardaşlarından, deyəsən Rüstəm müəllim, hə, hə, Rüstəm müəllim, keçənlərdə də prezident olmaq istədi, Cəmil müəllim imkanvermədi… harda qaldıq? Hə, 90-cı illərdəRüstəm müəllim bir «Əsilzadələr» cəmiyyəti yaratmışdı. Bir ucdan dostlara-tanışlara, tanınmışlara,«əsilzadə» vəsiqəsi, daha doğrusu, sənədi paylayırdı, qəzetlər də parta-partlaRüstəm müəllimin «fərmanlarını» çap edirdi: «Filankəsov Filankəs Filankəsoğluna əsilzadə titulu verilsin». Möhür-ştampel də öz yerində. Adamlar da o sənədi qızılçərçivəyə salıb asırdılar evlərinin divarlarından.

Heç onda kimsə dillənmirdi ki, ay müəllim, ay yoldaş Dadaşov, axı sən kimsəney, kimin şah, kimin xan, kimin bəy, kimin rəiyyət nəsli olduğunu müəyyənləşdirirsən? İndi düşmüsüz bir fağır qaziilə, bir fağır seyidin üstə.

Az qalmışdı yadımdan çıxa. Həmin vaxt Rüstəm müəllimin acığına bizimİlqar Əlfioğlu da həmin fason bir təşkilat yaratmışdı, dost-tanışa «bəylik»titulu paylayırdı. Sözün düzü, o vaxt mənim dəürəyimdən keçirdi ki, kaş Rüstəm müəllimmənə də bir «əsilzadə» sənədi verə, ammamünasibətim yox idi deyə arzum ürəyimdəqalmışdı. Elə ki İlqar dostumuz «bəylik»təşkilatı yaratdı, çiçəyim çırtladı, necə olsa yerlimdi, dostumdu, dedim arzum ürəyimdəqalmaz. Başım açılanda zəng elədim ki, qaqa, mən ölüm, o kağızdan birin də mənəver, qoy mən də forslanım. Qayıtdı ki, qaqa, sən öl, əlimiz aşağı olduğundan az çapeləmişdik, qurtardı, axırıncını bir az əvvəl yazıb verdim Zakir Fəxriyə.Dedim, ay qaqa, Zakir mənim qohumumdusa,onların nəslində bəy olmayıb axı! Namərd qayıdıb mənə nə desə yaxşıdı: «Guyasizin nəsildə bəy olub ki?!»

İndi imkanı olanlar 7-8 min dollar pul xərcləyibgedib «həci» sənədi alır, indi bir fağır seyid, əli aşağı olduğundan o tərəflərə gedə bilmir, gedib öz yerlisi fağır bir qazidənbir «seyid» vəsiqəsi alıb, düşmüsüz üstlərinə, ölkəni qaldırmısız ayağa.

Seyidlərin cəddi cənabi peyğəmbər (ə.s) xatirinə, Allah bumilləti dilə-ağıza düşməkdən qorusun! Amin!


TƏQVİM / ARXİV