adalet.az header logo
  • Bakı 19°C
13 Iyun 2017 12:58
6366
MƏMLƏKƏT
A- A+

Tərtərdə taxılçılığa həsr olunmuş seminar keçirilib

İyunun 9-daTərtər rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Tərtər Bölgə Təcrübə Stansiyasının təşkilatçılığı ilə "Taxılçılıqda yeni sortlar və mütərəqqi becərmə texnologiyaları. Resursqoruyucu becərmə texnologiyalarının üstünlüklərinin suvarma şəraitində nümayişi” mövzusunda elmi-praktiki seminar keçirilib.

Adalet.az xəbər verir ki, seminarda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları, Tərtər və eləcə də ətraf rayonlardan gəlmiş 50-ə qədər taxılçılıq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak ediblər.

Seminarda çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-ndə taxılçılığın inkişaf etdirilməsi ilə əlaqədar aqrar elmin qarşısınaqoyulmuş vəzifələr barədə ətraflı məlumat verib.

ÇıxışlardaTərtər rayonunun əkin strukturunda taxılçılığın xüsusi yer tutduğu, son illər pambıqçılıq sahəsinin böyük vüsət aldığı və əldə olunmuş nailiyyətlər barədə danışılıb. Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə elmi əməkdaşlıq edən Milli Aviasiya Akademiyasının mütəxəssisləri də çıxış edərək birgə aparılan elmi-tədqiqat işlərinin yekunları haqqında ətraflı məlumat veriblər.

Daha sonra "Yeni taxıl sortlarının suvarma şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər”, "Milli və Beynəlxalq Seleksiya proqramları çərçivəsində Tərtər Bölgə Təcrübə Stansiyasında aparılan tədqiqatlar”, "Taxılçılıqda yeni resursmühafizəedici mütərəqqi texnologiyaların üstünlükləri”,"Torpaqların ümumi aqrokimyəvi göstəricilərinə əsaslanaraq dənli bitkilər üçün gübrə normalarının müəyyənləşdirilməsi”mövzularındaməruzələrdinlənilib.

Məruzələrdən sonra seminar iştirakçılarının sualları müvafiq qaydada cavablandırılıb. Seminarın gedişində fermerlərə ƏkinçilikElmi-Tədqiqat İnstitutunun yeni rayonlaşmış və perspektivli taxıl sortlarının, mütərəqqi resursqoruyucu becərilmə texnolgiyalarının iqtisadi səmərəlilik baxımından üstünlükləri nümayiş etdirilib, eləcə də taxıl əkinlərinin vaxtında biçilməsi, tədarük olunması barədə mütəxəssislərtərəfindən əhəmiyyətli praktiki bilgilər verilib.