adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Iyun 2017 12:53
7424
DÜNYA
A- A+

Banqladeşdə 35 nəfər güclü yağışın qurbanı oldu

Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində 35 nəfər həlak olub.

Trend-in məlumatına görə, yağıntılar ötən gün səhər saatlarından etibarən başlayıb.

Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb.

Polisin məlumatına əsasən, xilasetmə işləri zaman 4 hərbçi həyatını itirib.

Banqladeş Fövqəladə Hallar İdarəsinin rəhbəri Reaz Əhməd bildirib ki, təbii fəlakətin qurbanlarının sayının artacağı qaçılmazdır. Onun sözlərinə görə, hazırda xilasedicilər ucqar rayonlarda sel-sularında qalmış insanları xilas etməyə çalışırlar.