adalet.az header logo
  • Bakı 20°C
13 Iyun 2017 12:48
4695
GÜNDƏM
A- A+

“Valyuta tənzimi haqqında” qanun dəyişdi

"Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilib.

Adalet.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında qanuna dəyişiklik olunub.


Belə ki, qanun 14-1-ci maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.