adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Iyun 2017 12:34
5597
DÜNYA
A- A+

Qətərə uçuşlar bərpa edilir

Birləşmiş Ərəb Əmirlikləri üçüncü ölkələrdən olan aviaşirkətlərə Qətərə və oradan uçuş zamanı öz hava məkanlarından və aeroportlarından istifadə etməyə icazə verib.

Adalet.az "Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə BƏƏ Mülki Aviasiya İdarəsi bəyanat yayıb.


Anoloji qərar Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi tərəfindən də qəbul edilib.

Bundan başqa yeni dəyişikliklərə görə, Qətər aviasiyası tərəfindən həyata keçirilən reyslər istisna olmaqla özəl və çarter reyslərin Qətərə gedərkən və ya oradan gələrkən BƏƏ hava məkanına daxil olmasına icazə verilib.

Lakin bunun üçün uçuşdan 24 saat əvvəl xəbərdarlıq edilməli, sərnişinlərin adları, yükün xarakteri daxil olmaqla reyslə bağlı tam məlumat verilməlidir.