Pentaqondan müharibə xəbərdarlığı
Pentaqon rəhbəri Cim Mettis Amerika qanunvericilərinə tezliklə böyük dövlətlər arasında hərbi rəqabətin bərpa oluna biləcəyi barədə xəbərdarlıq edib. Bura Rusiya, ABŞ və Çin aiddir. Onun sözlərinə görə, dünyada bu ölkələr arasında hərbi qarşıdurma başlaya bilər. O, faktiki olaraq II Soyuq müharibənin başlana biləcəyini bildirib. "Həm Rusiya, həm də Çin II Dünya müharibəsindən sonra çətinliklə qurulmuş beynəlxalq qaydaların əsas müddəalarına doğru yönəlib", - deyə Mettis əlavə edib.
Pentaqon rəhbəri, həmçinin bəyan edib ki, Rusiya və Çinin qlobal səyləri və hərbi əməkdaşlığı fəallaşdırması beynəlxalq təhlükəsizlik baxımından risklidir.
Bununla belə, o, ABŞ-ın öz hərbi gücünü artırması barədə söz açmayıb.
Digər Xəbərlər
19 Aprel 2024 11:12
Rusiya Ukraynaya aviazərbələr endirdi - Ölənlər var
18 Aprel 2024 18:37ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18 Aprel 2024 18:09F-16 qırıcısı yaya qədər Ukraynaya verilə bilər
18 Aprel 2024 16:56İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib
18 Aprel 2024 15:43